Gəncə şəhərində intihar hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.
İlkin məlumata görə, təxminən 60-70 yaşlarında kişi özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, intihar edən şəxs uzun sürən xəstəlikdən əziyyət çəkib.