Modern.az

Blinken İsrail və Fələstinə səfər edəcək

Blinken İsrail və Fələstinə səfər edəcək

26 Mart 2022, 22:35

ABŞ dövlət katibi Entoni Blinken İsrail və Fələstinə səfər edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Blinken İsrail rəsmilərilə görüşdən sonra Fələstinin dövlət başçısı ilə bir araya gələcək.

 

ABŞ dövlət katibinin İsrailin Prezidenti İsaak Hersoq, Baş nazir Naftali Bennet, xarici işlər naziri Yair Lapid, müdafiə naziri Beni Qansla görüşü gözlənilir. Görüşdə İran və Fələstin məsələləri müzakirə olunacaq.

 

Blinken səfəri çərçivəsində Bəhreyn, Misir, İsrail, Marokko və BƏƏ-dən olan həmkarları ilə diplomatik sammitdə iştirak edəcək.

 

Bundan əlavə, dövlət katibinin martın 27-də Ramallah şəhərində Fələstin Prezidenti Mahmud Abbasla görüşü planlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...