Modern.az

Zakir Həsənov Şoyquya nə deyib...

Zakir Həsənov Şoyquya nə deyib...

26 Mart 2022, 23:02

Martın 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında baş tutan telefon danışığının bəzi detalları məlum olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, nazirlərin telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. 

 

Söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.

 

"Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib", - deyə nazirlikdən bildirilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama