Modern.az

Əflatun Amaşov: “Mətbuat Şurasına 501 şikayət daxil olub”

Əflatun Amaşov: “Mətbuat Şurasına 501 şikayət daxil olub”

31 Yanvar 2013, 12:44

Bu gün Mətbuat Şurası (MŞ) 2012-ci ildə gördüyü işlərə dair hesabatı ictimaiyyətə təqdim edib. Modern.az-ın məlumatına görə, ötən il Mətbuat Şurasına 501 şikayət daxil olub. Bu sırada   vətəndaşlardan - 214, dövlət idarə müəssisə və təşkilatlarından - 136, özəl müəssisələrdən - 68, ictimai qurumlardan - 44,  siyasi partiyalardan - 8, özünü idarəetmə orqanlarından isə 31 şikayət daxil olub.

Şuranın sədri Əflatun Amaşov bildirib ki, MŞ-ya daxili problemlərə bağlı şikayət edənlər daha çoxdur. “Şikayət edənlər öz problemlərinin həllini məhkəmə yolu ilə deyil, Mətbuat Şurası tərəfindən həll edilməsini istəyir”.

 “2012-ci ildə Mətbuat Şurasına 45 bölgədən 685 müraciət olunub. Bölgədən daxil olub. Dörd il bundan əvvələ baxsaq, görərik ki, regioanlardan gələn şikayətlərin sayı artıb. Bakıdan 235, Gəncədən 45, Mingəçevirdən 34, Sumqayıt 25, Lənkərandan 18 şikayət daxil olub. Siyahıya başçılıq edən ilk beşlik bu regionlardır”.

Şikayətlərə baxılması məsələsinə toxunan Əflatun Amaşov onların 68,4 %-nin öz həllini tapdığını söyləyib. Onun sözlərinə görə, şikayətlərin 7,9%-nə Mətbuat Şurasının İdarə Heyətində, 23,7 %-nə komissiyalarda baxılıb.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi