Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 64 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 251 min 242 nəfərin test edildiyi, 11 min 194 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 15 min 402 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.