Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya xalqına müraciət edib.
Modern.az xəbər verir ki, onun 3 dəqiqəlik videomüraciəti paytaxt Vyanada Ukrayna üçün keçirilən xeyriyyə konsertində nümayiş olunub.
Zelenski müharibəyə başlayan Rusiyanı bir daha sərt şəkildə qınayıb, ölkəsinə verdiyi dəstəyə görə Avstriyaya təşəkkür edib.
Dövlət başçısı Rusiyaya qarşı daha sərt sanksiyaların qüvvəyə minməsini istəyib. Zelenski, həmçinin müharibənin ilk günündən ölkəsinin mərdliklə vuruşduğunu, xalqın bir ürək olduğunu bildirib.
Akif İsmayılov