ABŞ Prezidenti Co Baydenin reytinqi hakimiyyəti dövründə ən aşağı səviyyəyə düşüb.
Modern.az xəbər verir ki, bu, NBC News telekanalının apardığı sorğunun nəticələrində əks olunub.
Sorğuda iştirak edənlərin cəmi 40 faizi Baydenin fəaliyyətini müsbət qiymətləndirib, digərləri isə neqativ fikirdədir.
Qeyd edək ki, cari ilin əvvəlində analoji göstərici 43 faiz təşkil edirdi.