Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçuş aparatını və 2 qanadlı raketini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tank, piyadaların döyüş maşını və avtomobil məhv edilib, canlı qüvvə itkisinin sayı dəqiqləşdirilir.
Ukrayna Silahlı Qüvvələri paytaxt Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərq istiqamətində girməsinin qarşısını alır, onları sıxışdırır”,- deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.