Modern.az

Ruslar Kiyevdən çıxmağa məcbur oldu

Ruslar Kiyevdən çıxmağa məcbur oldu

28 Mart 2022, 09:55

Rusiya ağır itki verdikdən sonra Kiyev bölgəsindən qoşunlarını çıxarmaq məcburiyyətində qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Baş Qərargah bu gün yaydığı məlumatda Rusiya ordusunun iki batalyon taktiki qrupunun Belarus ərazisinə çıxarıldığını və bunun “əhəmiyyətli itkilər” vermiş bölmələr üçün xarakterik olduğunu bildirib.

 

Əlavə olaraq, Rusiyadan Ukraynaya hərəkət edən bölmələrin intensivliyində azalma olduğu qeyd edilib. Eyni zamanda Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Qara dəniz sahillərinin dəniz blokadası vasitəsilə Ukraynanı beynəlxalq dəniz ticarətindən faktiki olaraq kənarlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı