Modern.az

Çin şirkəti Rusiya ilə əməkdaşlıqdan imtina etdi

Çin şirkəti Rusiya ilə əməkdaşlıqdan imtina etdi

28 Mart 2022, 10:32

Çinin dövlətə məxsus olan "Sinopec" qrupu Rusiyada böyük neft-kimya sərmayəsi və qaz marketinqi müəssisəsi üçün danışıqları dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Qeyd edilib ki, bu, Çin hökumətinin Qərbin Rusiyaya qarşı sanksiyaları artdığı üçün ehtiyatlı olmaq çağırışlarına cavabdır.

 

Xatırladaq ki, "Sinopec" Sibirdə yeni qaz-kimya zavodu tikmək üçün Rusiyanın ən böyük neft-kimya istehsalçısı "Sibur" ilə əməkdaşlıq etməyi planlaşdırıb.

 

Mənbə bildirib ki, “Sibur”un səhmdarı və idarə heyətinin üzvü Gennadi Timçenkonun Qərb tərəfindən sanksiyaya məruz qaldığını anlayandan sonra layihəyə fasilə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı