Gürcüstanda ötən sutka ərzində 12 nəfər koronavirusdan vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ölkədə son sutkada 229 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 2 993-ü müalicə olunaraq sağalıb.
Gürcüstanda bu günədək COVID-19-a 1 646 545 nəfər yoluxub. Yoluxanların 1 621 396-sı sağalıb, 16 720-si isə vəfat edib.