Modern.az

İmişlidə kimlər etiraz aksiyası keçirib - FOTO - YENİLƏNİB

İmişlidə kimlər etiraz aksiyası keçirib - FOTO - YENİLƏNİB

31 Yanvar 2013, 13:38

Bu gün səhər İmişli rayonunda etiraz aksiyası keçirilib. Yüzlərlə rayon sakini İmişli Rayon İcra Hakimiyyətinin inzibati binası önünə toplanıb.

Musavat.com-un məlumatına görə, üç aydan artıqdır ki, maaşlarını ala bilməyən mədəniyyət işçiləri və s. kiçik məmurlar İmişli rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçiriblər.

Daha sonra əraziyə polis qüvvələri gətirilib. Qarşıdurma zamanı 2 nəfər saxlanılıb. Rayonda gərginlik davam edir.

Aksiyanın keçirilməsinə digər bir səbəb kimi isə icra başçısı Vilyam Hacıyevin özbaşınalığı və apardığı qanunsuz hərəkətləri, ağacların vəhşicəsinə kəsilməsi, Gəncədən gələn iş adamlarına torpaqların qanunsuz olaraq satılması göstərilir.

***

Modern.az saytının əməkdaşı məsələ ilə əlaqədar İmişli rayon İcra Hakimiyyətindən rəy öyrənib. İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan bu şəklin rayonla bağlılığı yoxdur.
"Hazırda İmişlidə heç bir aksiya-filan keçirilmir. Bu kimlər tərəfindənsə sosial şəbəkədə yayılan dezinformasiyadır"-deyə qeyd edilib. Amma onu da bildiriblər ki, bir müddət öncə mədəniyyət işçilərinin maaşla bağlı xırda narazılığı olub və məsələ də həll olunub..




 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj