Modern.az

Bayramda ZƏHƏRLƏNƏNLƏR - 1 nəfər ölüb

Bayramda ZƏHƏRLƏNƏNLƏR - 1 nəfər ölüb

28 Mart 2022, 11:20

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib.

 

Bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Qeyd edilib ki, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:

 

"Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?