Rusiyanın hücumu nəticəsində Ukraynaya dəyən zərərin miqdarı 564,9 milyard dollar olaraq qiymətləndirilir.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat yayıb.
Onun sözlərinə görə, bu məbləğin 119 milyard dolları infrastruktura dəyən ziyan, 112 milyard dolları ÜDM itkiləri, 90,5 milyard dollar mülki əhaliyə dəymiş ziyan, 80 milyard dollar müəssisə və təşkilatların zərəri, 54 milyard dollar ölkə iqtisadiyyatına birbaşa investisiyaların itirilməsi, 49 milyard dollar isə dövlət büdcəsinin itkisidir.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Akif İsmayılov