Modern.az

Putin Kadırova general rütbəsi VERDİ

Putin Kadırova general rütbəsi VERDİ

28 Mart 2022, 20:28

Çeçenistan Respublikasının lideri Ramzan Kadırova general-leytenant rütbəsi verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin spikeri Maqomed Davudov özünün "Telegram" kanalında məlumat yayıb.

 

General rütbəsi Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə verilib.

 

Qeyd edək ki, bu gün Putinin tərəfdarı olan Kadırovun Ukraynanın Mariupol şəhərinə getməsi barədə xəbərlər yayılmışdı. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!