ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə görüşünü istisna etmir.
Modern.az xəbər verir ki, Bayden belə bir görüşün keçirilməsinin Putinlə müzakirə edəcəyi məsələlərdən asılı olduğunu bildirib.
“Bu, onun nə haqqında danışmaq istəməsindən asılıdır" ,- deyə Bayden vurğulayıb.
Qeyd edək ki, Ukraynada davam edən müharibə ilə əlaqədar Rusiyaya qarşı sərt mövqe nümayiş etdirən Bayden Putini "hərbi cinayətkar" və "qəssab" adlandırıb.