BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Ukraynadakı humanitar vəziyyətlə bağlı iclas keçirəcək.
Modern.az xəbər verir ki, bu barədə dünya təşkilatının bazar ertəsi yayılan cədvəlində qeyd olunub.
Məsləhətləşmələr Fransa və Meksikanın təşəbbüsü ilə keçiriləcək.
Martın 24-də BMT Baş Assambleyasının xüsusi sessiyasının müzakirəsinə Ukraynadakı humanitar vəziyyətlə bağlı iki qətnamə təqdim edilib. Fransa və Meksika tərəfindən hazırlanan birinci qətnamə Rusiyanı xüsusi hərbi əməliyyatı dərhal dayandırmağa çağırır, ikinci qətnamədə isə yalnız humanitar məsələlər - yardımın göstərilməsi və humanitar dəhlizlərin yaradılması nəzərdə tutulub.
Akif İsmayılov