Modern.az

Makron yenə Putinlə danışacaq

Makron yenə Putinlə danışacaq

Dünya

29 Mart 2022, 08:14

Bu gün Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə yenidən telefon əlaqəsi saxlamaq istəyir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Lejandr bildirib.

 

"Prezident Makron çərşənbə axşamı Vladimir Putinlə yenidən danışmağı planlaşdırır", - o deyib.

 

Ann-Kler Lejandr qeyd edib ki, Makron artıq Rusiya prezidenti ilə bir sıra söhbətlər aparıb.

 

Onun sözlərinə görə, qarşıdakı söhbət zamanı Makron Putinlə Yunanıstan və Türkiyənin iştirakı ilə insanların Mariupoldan çıxarılması üçün planlaşdırılan humanitar əməliyyatın təfərrüatlarını müzakirə etməyi düşünür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı