ABŞ Prezidenti Co Bayden Avropaya səfərindəki mübahisəli açıqlamaları ilə gündəm olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə “Bu adam hakimiyyətdə qalmamalıdır” deməsi və daha sonra “bu, onun qəzəbini ifadə etmək üçün olan sözlərdir və siyasəti əks etdirmir” sözləri ABŞ-da geniş müzakirə mövzusu olub.
Baydenə Ağ Evdə 2023-cü il büdcəsi ilə bağlı keçirdiyi mətbuat konfransında Avropaya səfəri zamanı səsləndirdiyi fikirlərin mahiyyəti soruşulub.
Prezident verilən suallara “Mən qəzəbimi dilə gətirirdim, o, hakimiyyətdə qalmamalıdır. Amma bu o demək deyil ki, biz Putini devirmək üçün nəsə edəcəyik”, – deyə cavab verib.
Qeyd edək ki, bundan öncə Bayden Polşadakı çıxışında Rusiyada administrasiya dəyişikliyinə çağırıb və “Bu adam hakimiyyətdə qalmasın” ( prezident Vladimir Putin-red) demişdi.
Fatma Abdulla