Modern.az

Bakı-Qazax yolunda ağır qəza - Ölən və yaralılar var

Bakı-Qazax yolunda ağır qəza - Ölən və yaralılar var

29 Mart 2022, 13:20

Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə Ağstafa rayonundan 2, Qazax rayonundan 1, 113-Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub.

 

İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Bundan başqa, hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal