Modern.az

İstanbulda heç nə yeyib-içməyin - KULEBA

İstanbulda heç nə yeyib-içməyin - KULEBA

Dünya

29 Mart 2022, 14:11

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İstanbulda Rusiya rəsmiləri ilə danışıqlar zamanı nümayəndə heyətinin üzvlərinə heç nə yeməməyi və içməməyi tövsiyə edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Kuleba bunu Kiyev-Moskva danışıqlarında vasitəçi kimi fəaliyyət göstərdiyi güman edilən Abramoviç və Ukrayna komandasının ən azı iki yüksək səviyyəli üzvünün zəhərlənməsinə görə tövsiyə edib.

 

Xatırladaq ki, "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən bildirib ki,  martın 3-də Kiyevdə qeyri-formal danışıqlarda iştirak edən rusiyalı oliqarx Roman Abramoviç və ukraynalı nümayəndə heyətinin üç üzvündə kimyəvi maddə ilə zəhərlənmə halı müşahidə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı