Ukrayna Silahlı Qüvvələri Xarkov yaxınlığında rus komandirini məhv edib.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Belə ki, Xarkov yaxınlığında gedən döyüşlərdə Ukrayna ordusu 200-cü motoatıcı briqadanın komandiri polkovnik Denis Kurilonu məhv edib.
Qedd edək ki, martın 29-u səhər saatlarına olan məlumata görə, Ukrayna ilə müharibə zamanı rus hərbi qüvvələrinin şəxsi heyəti arasında ümumi döyüş itkiləri 17200 nəfər təşkil edir.
Fatma Abdulla