Bu ilin may ayından "Azərbaycan Hava Yolları” QSC (AZAL) İsrailin paytaxtı Təl-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdıracaq.
Bu barədə AZAL-dan Modern.az-a verilən məlumatda bildirilib.
Hazırda Bakı-Təl-Əviv istiqamətdə aviareyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçirir.