Modern.az

Ukraynadan Rusiyaya gələnlərin sayı ARTIB

Ukraynadan Rusiyaya gələnlərin sayı ARTIB

Dünya

29 Mart 2022, 14:28

Rusiyaya Donetsk və Luqansk Xalq Respublikaları və Ukraynadan 490 minə yaxın insan gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə bu gün Təhlükəsizlik orqanlarının TASS-a verdiyi məlumatda bildirilir. Bəyanatda həmçinin qeyd olunub ki, son 24 saat ərzində gələnlərin sayı 16,6 min nəfər artıb.

 

Əlavə edilib ki, gündə orta hesabla 15 mindən çox insan Rusiya sərhədini Donetsk, Luqansk və Ukraynadan keçir.

 

Rusiyanın 34 regionunda 355 müvəqqəti məskunlaşma məntəqəsində 24 mindən çox qaçqın, o cümlədən 10 mindən çox uşaq var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı