Modern.az

Danışıqların taleyi bu gün-sabah bəlli olacaq - Peskov

Danışıqların taleyi bu gün-sabah bəlli olacaq - Peskov

Dünya

29 Mart 2022, 14:40

Bu gün və ya sabah Rusiya-Ukrayna danışıqlarında “perspektivli nəyinsə olub-olmaması” bəlli olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

 

"Danışıqların taleyinə gəlincə, bu, həqiqətən də maraqlı sualdır. Bu gün və ya sabah siz və mən anlayacağıq ki, vəd edən nəsə var, ya yox. Əks halda, denazifikasiyanın məqsədlərindən biri olmaqla xüsusi hərbi əməliyyatlar davam edəcək", - deyə Peskov bildirib.

 

Bundan əlavə, Peskov Çeçenistanın rəhbəri Ramzan Kadırovun Rusiya ilə Ukrayna arasında danışıqlar prosesinin guya heç bir perspektivinin olmadığı barədə sözlərini şərh etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı