Modern.az

Rusiya əsas məqsədlərinə nail olub - ŞOYQU

Rusiya əsas məqsədlərinə nail olub - ŞOYQU

Dünya

29 Mart 2022, 15:28

Ukraynada xüsusi hərbi əməliyyatın birinci mərhələsinin əsas məqsədlərinə nail olunub, Ukrayna silahlı qüvvələri xeyli itki verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

 

"Ukrayna Silahlı Qüvvələri əhəmiyyətli itkilər verib. Hava üstünlüyünə nail olunub. Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemi praktiki olaraq məhv edilib”, - deyə müdafiə naziri vurğulayıb.

 

General Ukrayna ordusunun döyüşlər başlayana qədər sahib olduğu 152 təyyarəsindən 123-nün vurulduğunu diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı