Modern.az

Vilayət administrasiyasının binası DAĞIDILDI

Vilayət administrasiyasının binası DAĞIDILDI

Dünya

29 Mart 2022, 15:30

Rusiya qüvvələri bu gün Ukraynanın cənub-qərbindəki Nikolayev vilayətinin regional hərbi qubernatorunun ofisinə zərbələr endirib, binanın yarısını söküblər.

 

Modern.az xəbər verir ki, bu barədə qubernator Vitali Kim "Telegram" hesabında bildirib.

 

"Onlar vilayət administrasiyasının binasını vurdular, binanın yarısını sökdülər, ofisim dağıldı. İnsanların çoxu möcüzəvi şəkildə xilas oldu", - Vitali Kim yazıb.

 

"Səkkiz mülki şəxs dağıntılar altındadır, onları axtarırıq. 50-100 nəfər çıxıb. Biz də üç hərbçi axtarırıq", - o əlavə edib.

 

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, zərbə çərşənbə axşamı səhər yerli vaxtla saat 8.45 radələrində doqquzmərtəbəli binaya düşüb:

 

"Saat 11:30-a olan məlumata görə, xilasedicilər 1 nəfəri dağıntılar altından çıxarıb, xilas edilənlərdən 18 nəfəri xəstəxanaya yerləşdirilib. Xilasedicilər hadisə yerində işləyirlər".

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı