Ukrayna kəşfiyyatı Rusiya Təhlükəsizlik Xidmətinə (FSB) işləyən 620 nəfərin adını və onlar haqqında məlumatları paylaşıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya casusluq edən Ukrayna vətəndaşlarının pasport seriyaları, avtomobil nömrələri və bank məlumatları təqdim olunub.
Casuslardan birinin "Skype" ünvanı diqqət çəkib. Belə ki, “jamesbond007” adlı istifadəçinin Rusiya ilə gizli yazışmaları aşkara çıxarılıb. Həmin agentin içki aludəçisi olduğu, sistemli şəkildə yol hərəkəti qaydalarını pozduğu bildirilir.
Ukrayna rəsmiləri məlumatın necə əldə olunduğunu izah etməyiblər, lakin Rusiya kəşfiyyat bölmələrinə əvvəlki sızmalardan istifadə edildiyi ehtimal olunur. Rusiya tərəfi də hələlik casus məsələsinə reaksiya verməyib.