Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə dair illik məruzəsi Milli Məclisə daxil olub.
Modern.az xəbər verir ki, parlamentin aprelin 5-də keçiriləcək iclasında məruzənin müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, bələdiyyələrin 2021-ci ildə fəaliyyəti haqqında hesabat layihəsi Ədliyyə Nazirliyinə təqdim edilir. Daha sonra hesabat Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılır.