Modern.az

Aktiv COVID xəstələrinin sayı kəskin azaldı - SON STATİSTİKA

Aktiv COVID xəstələrinin sayı kəskin azaldı - SON STATİSTİKA

29 Mart 2022, 16:35

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 791 814 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 819 nəfər müalicə olunaraq sağalıb, 9687 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.

 

Ölkədə son sutka ərzində 4481, hazırkı dövrədək isə 6 692 062 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal