Modern.az

Özbəkistanın Azərbaycandakı səfirliyinə qarşı təxribat - FOTO

Özbəkistanın Azərbaycandakı səfirliyinə qarşı təxribat - FOTO

31 Yanvar 2013, 23:50

Yanvarın 31-də Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi saytında (//www.uzembassy.az/ ) yerləşdirilən bir informasiya hamıda çaşqlnlıq yaratdı. Modern.az-ın məlumatına görə, saytda yerləşdirlən həmin xəbərdə “Özbəkistan Respublikası rəsmən Dağlıq Qarabağ Respublikasını tanıyır” deyə qeyd edilirdi.

Ancaq sonradan bunun erməni təxribatı, düşmən hakerlərinin işi olduğu ortaya çıxdı. Belə ki, bəzi erməni mənbələrinin də “hakerlərimiz Özbəkistanı Dağlıq Qarabağ Respublikasını “tanımağa” məcbur etdi” deyə məlumat yayması özbəklərə hansı istiqamətdən zərbə vurulduğunu təsdiqlədi.
 
Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi məsələdən xəbər tutunca, dərhal saytı qapadıb.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj