Modern.az

Ermənistanda prezidentliyə namizədə sui-qəsd olub, seçkilər təxirə salına bilər - FOTO

Ermənistanda prezidentliyə namizədə sui-qəsd olub, seçkilər  təxirə salına bilər - FOTO

1 Fevral 2013, 09:05


Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd olub. Ermənistan parlamentinin sədri Ovik Abramyan bu hadisə ilə əlaqədar prezident seçkilərinin vaxtının dəyişdirilə biləcəyini istisna etməyib.
Prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı sui-qəsd ötən axşam baş verib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, P.Ayrikyana iki dəfə atəş açılıb, o, çiynindən güllə yarası alıb. Paytaxt İrəvanda baş verən hadisəni polis araşdırı.

Parlamentin sədri Ovik Abramyan deyib ki, Paruyr Ayrikyana qarşı sui-qəsd Ermənistan dövlətçiliyinə qarşı cinayətdir. Spiker ümidvar olduğunu bildirib ki, hüquq-mühafizə orqanları qısa müddət ərzində cinayətin üstünü aça biləcəklər.

Spiker deyib ki, Paruyr Ayrikyanla özü danışıb və onun vəziyyəti normaldır. Prezidentliyə namizəd spikerə deyib ki, ona iki dəfə atəş açılıb.

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyanın vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Ermənistan konstitusiyasına görə, prezidentliyə namizədlərdən biri keçilməz maneə ilə qarşılaşdıqda seçkilər iki həftəliyə təxirə salınır. Bu vaxta qədər maneə aradan qaldırılmasa, yeni seçkilər təyin edilir, səsvermə isə iki həftəlik müddət tamam olandan 40 gün sonra keçirilir.

rmənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!