Modern.az

“Rusiyanın gücü tükənib, əhali təşvişdədir” - POLİTOLOQ

“Rusiyanın gücü tükənib, əhali təşvişdədir” - POLİTOLOQ

Dünya

30 Mart 2022, 12:40

Ötən gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirildi. Görüşdən sonra hər iki tərəfdən verilən açıqlamalarda danışıqlarda müsbət məqamların olduğu vurğulanır.  

 

Ümumiyyətlə, İstanbul görüşünü necə dəyərləndirmək olar?

 

Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynov bildirib ki, İstanbulda baş tutan danışıqlar müsbətə doğru atılmış ilk addımdır.

 

Politoloq hesab edir ki, danışıqlardan sonra müharibə davam edirsə, Rusiya yenidən Ukrayna şəhərlərini bombalayırsa, insanları atəşinə tutursa, deməli, ortada tam səmimiyyət bərqərar olunmayıb:

 

“Rusiya dəfələrlə beynəlxalq müqavilələrə, danışıqlara hörmətsizlik nümayiş etdirib. Yəni Rusiyadan istənilən əks addımı gözləmək mümkündür. Bircə təsəlli verən odur ki, Ukraynanın layihəçiləri əsl kişilərdir, əsl döyüşçüdürlər. Onlar rus təcavüzkarlarının xatirəsində qorxulu röya kimi  qalacaq. Bu məsələ zənnimcə, gələcək proseslərdə öz sözünü deyəcək. Amma onu deyim ki, Rusiya hələ də işin içindən çıxmağa cəhd edəcək. Çalışacaq ki, danışıqlar prosesi alınmasın”.

 

 

Politoloq hesab edir ki, artıq Rusiyanın gücü tükənib:

 

“Rusiyanın gücü olsaydı, hücumları davam etdirərdi. Bir çox hərbi ekspertlərin dediyi kimi, Rusiyanın hərbi resursları tükənib. Digər yandan Rusiya daxilində də gərginlik var. Əhali panika içərisindədir. Hələ mən döyüşçüləri, əsgərləri demirəm. Hazırda Rusiya səksəkə içərisindədir”.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı