Modern.az

Modul tipli xəstəxanalar Qarabağa aparılacaq

Modul tipli xəstəxanalar Qarabağa aparılacaq

Parlament

30 Mart 2022, 12:08

Koronavirusa yoluxma hallarının sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

 

Bəs fəaliyyətini dayandıran modul tipli xəstəxanalar bundan sonra hansı məqsədlə istifadə olunacaq?

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, modul tipli xəstəxanalar Dövlət Ehtiyatlar Agentliyinin balansına veriləcək:

 

“Modul tipli xəstəxanalar cənab Prezidentin tapşırığı ilə ölkəyə gətirildi. Pandemiyanın pik dövründə insanlarımız müalicə almaq üçün stasionar imkanlardan istifadə edə bildilər. Arzu edək ki, pandemiya yenidən geri qayıtmasın. İnsan və cəmiyyətin həyatı neqativ hadisələrdən sığortalanmayıb. Fövqaladə hadisələr baş verərsə, modul tipli xəstəxanalar bizə lazım ola bilər. Modul tipli xəstəxanalar Dövlət Ehtiyatlar Agentliyinin balansına veriləcək və lazım olarsa istifadə olunacaq. Ciddi zərurətimiz olmasın, amma ehtiyatımızda olsun".

 

 

Komitə sədrinin sözlərinə görə, modul tipli xəstəxanalarla hərbi hosbitallarımızın sayını artıra bilərik. Onun fikrincə, belə xəstəxanalar işğaldan azad edilmiş ərazilərə aparıla bilər:

 

"Sərhəddə yaxın yerdə də yerləşdirilə bilər. İşğaldan azad olunan rayonlarımızda xəstəxana və ya sanitar hərbi hissələr kimi istifadə edə bilərik. Ümid edək ki, ehtiyacımız olmaz".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi