Mart ayında keçirilmiş buraxılış imtahanlarının nəticələrinin nə vaxt elan olunacağı açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 5-6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin aprelin 1-də, 12-13 martda keçirilmiş imtahan nəticələrinin isə aprelin 8-də elan olunması nəzərdə tutulub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda nəticələrin bu gün elan olunacağı iddia edilirdi.