İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqlarda heç nə azalmayıb, heç nə dəyişməyib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Rusiya Federasiyası Ukraynada həyata keçirdiyi xüsusi əməliyyat zamanı Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi əhəmiyyətli dərəcədə azaldır. Nümayəndə heyətləri mövqeləri daha da əlaqələndirmək və uyğunlaşdırmaq üçün öz mərkəzlərinə qayıdıb. Burada heç nə azaldılmayıb, heç bir şey məhdudlaşdırılmayıb", - Peskov deyib.
Qeyd edək ki, martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutub. Dolmabaxça sarayında mətbuata qapalı keçirilən görüş təxminən üç saat davam edib.