Modern.az

Zelenski və Putinin bədən dili - Prezidentlərin emosiyaları nə deyir...

Zelenski və Putinin bədən dili - Prezidentlərin emosiyaları nə deyir...

31 Mart 2022, 09:41

Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Bura bədən quruluşu, jestlər, üz ifadələri, göz hərəkətləri kimi davranış formaları daxildir. Başqa sözlə, bədən dili hiss və düşüncələrin əksidir. 


Hazırda dünyanın diqqəti fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindədir.


Hər iki ölkənin dövlət başçısı müharibə dövrü ərzində tez-tez media qarşısında çıxışlar edir. Bu çıxışlar siyasi baxımdan müzakirə olunduğu kimi, emosiyaları baxımından da analiz olunur.


Maraqlıdır, prezidentlərin bədən dilləri onlar haqqında nə deyir?


Bədən dili üzrə mütəxəssis Babək Bayramov Modern.az-a deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski auditoriya ilə işləməyi çox yaxşı bacarır:

 

 

“Zelenskinin yaşıl rəngli hərbi forma geyinməsi "mən döyüşürəm" deməkdir. Son dövrlər üzünü qırxmadan ekranlara çıxır, bu isə "mənim vaxtım yoxdur" anlamına gəlir.

Zelenskinin davranışlarında panikaya qapıldığı hiss olunmur.

Rusiya prezidenti Vladimir Putin isə daha çox gərginlik və stress nümayiş etdirir. Çiyinlərini hər zaman arxaya verməsi, əllərini bir-birinə kilidləməsi daxili dünyasındakı qapalılıqdan xəbər verir.

Zelenski tez-tez dəyişə bilir, bəzən qürur hissini, bəzən qurban hissini açıq şəkildə göstərir.

Ancaq Putin monotonluq nümayiş etdirir. Rusiya tərəfində siyasi arenada qorxu nümayiş olunur”.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər