Modern.az

Sabahın hava proqnozu - yağıntı davam edəcək

Sabahın hava proqnozu - yağıntı davam edəcək

1 Fevral 2013, 13:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağıntı olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında fevralın 2-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!