Modern.az

İtaliya lideri Ukraynaya görə Putinə zəng vurdu

İtaliya lideri Ukraynaya görə Putinə zəng vurdu

30 Mart 2022, 20:29

İtaliyanın Baş naziri Mario Draqi Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər Ukraynadakı son vəziyyəti və Rusiya qazının rublla satılması məsələlərini müzakirə edib.

 

"La Repubblica" qəzeti bildirir ki, söhbət günorta saatlarında baş tutub və təxminən bir saat davam edib. Draqi gərginliyin azaldılması üçün səylərin vacibliyini vurğulayıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal