Modern.az

“Yaxşı razılaşma əldə edə bilərik” - Kuleba

“Yaxşı razılaşma əldə edə bilərik” - Kuleba

30 Mart 2022, 21:00

“Danışıqlar davam etsə də, Rusiya hərbi əməliyyatları dayandırmayıb”.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” hesabında yazıb.

 

“Tərəfdaşların Ukraynanı daha çox silahla təmin etməyə və Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyə davam etməsi çox vacibdir. Ukrayna nə qədər güclüdürsə, biz Ukraynanın və Avropanın təhlükəsizliyi naminə bir o qədər yaxşı razılaşma əldə edə bilərik”, - Ukrayna XİN başçısı qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal