Modern.az

Kiyev ətrafında şiddətli döyüşlər gedir

Kiyev ətrafında şiddətli döyüşlər gedir

30 Mart 2022, 21:45

Rusiya qüvvələri Ukraynanın paytaxtı ətrafında geri çəkiləcəyini elan etsə də, Kiyevin yaxınlığında şiddətli döyüşlər davam edir.

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın İrpin yaxınlığında xəbər toplayan jurnalistləri davamlı atəş səsləri eşidib.

Kiyev və İrpin arasındakı sonuncu nəzarət-buraxılış məntəqəsi yaxınlığında fasilələrlə çoxsaylı raket buraxılış sistemlərinin səsi eşidilib. Həmçinin arabir kiçik silahlardan atəş açılıb.

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal