Modern.az

Rusiya Kiyev və Çerniqovda qoşunlarını yenidən qruplaşdırır

Rusiya Kiyev və Çerniqovda qoşunlarını yenidən qruplaşdırır

Dünya

30 Mart 2022, 22:13

Rusiya Kiyev və Çerniqov istiqamətində qoşunlarını planlı şəkildə yenidən qruplaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat verib.

 

"Rusiya Silahlı Qüvvələrinin yenidən qruplaşdırılmasının məqsədi prioritet ərazilərdə hərəkətləri gücləndirmək və hər şeydən əvvəl əməliyyatı başa çatdırmaqdır", - deyə o qeyd edib.

 

Konaşenkov bəyan edib ki, Rusiya ordusu Kiyev və Çerniqov istiqamətlərində Ukrayna qüvvələrinin Donbasa keçməsinin qarşısını alıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı