Modern.az

Xəstəliyə tutulan məşhur aktyor sənətdən getdi

Xəstəliyə tutulan məşhur aktyor sənətdən getdi

30 Mart 2022, 23:27

Amerikalı aktyor, prodüser və musiqiçi Brüs Uillis karyerasını bitirib.

 

Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial media hesabında məlumat yayıb.

 

Aktyorun karyerasını bitirməsinə səbəb kimi onun səhhətində yaranan problemlər göstərilir. Məşhur aktyorun afaziyaya (nitq pozulması) tutulduğu qeyd olunur.

 

“Bildirmək istəyirəm ki, Bryusun səhhətində problemlər var və bu yaxınlarda ona afaziya diaqnozu qoyulub. O, uzun müzakirələrdən sonra həyatı üçün vacib əhəmiyyət kəsb edən karyerasını bitirir”, - deyə sənətçinin həyat yoldaşı instaqramda bildirib.

 

Xatırladaq ki, 67 yaşlı aktyor “Çətin ölüm”, “Pulp Fiction”, “Armageddon” və “Beşinci Element” filmlərindəki rolu ilə şöhrət qazanıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər