Modern.az

Berlin Ukraynaya təhlükəsizlik zəmanəti verir

Berlin Ukraynaya təhlükəsizlik zəmanəti verir

Dünya

30 Mart 2022, 23:38

Rəsmi Berlin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Burbok məlumat verib.

 

Bundan əvvəl Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebestreit bildirib ki, kansler Olaf Şolts Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Almaniyanın Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olduğunu çatdırıb.

 

"Əgər zəmanət tələb olunarsa, Almaniya bu işdə iştirak edəcək və zəmanət verəcək" - deyə A.Burbok qeyd edib.

 

Nazir vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında İstanbul danışıqlarının nəticələri bu ölkələrin tezliklə danışıqlarda irəliləyiş əldə edəcəyi kimi şərh edilməməlidir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi