Modern.az

Hökumət quru sərhədlərinin açılması ilə bağlı İŞ APARIR

Hökumət quru sərhədlərinin açılması ilə bağlı İŞ APARIR

Parlament

31 Mart 2022, 09:33

“Yaxın bir ay ərzində quru sərhədlərin açılması ehtimal olunur”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, quru sərhədlərin açılması hökumətin gündəmindədir:

“Ancaq bu bir dövlətin qərarı ilə həll edilən məsələ deyil. Hansı ölkə ilə sərhəd açılacaqsa, gərək razılaşma ola. Həmin ölkədə də epidemik situasiya yaxşı olmalıdır. Hava nəqliyyatından fərqli olaraq, insanlar quru sərhədilə kütləvi sürətdə gəlib gedirlər. Təxminən aprel ayının ortalarında bu məsələ ilə bağlı danışıqlar aparıla bilər. Təbii ki, qarşı ölkənin pandemiya vəziyyəti nəzərə alınacaq".

 

M.Quliyev qeyd edib ki, maska tələbinin ləğvi ilə bağlı tələsməyə ehtiyac yoxdur:

“Nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın ləğvilə bağlı məlumat verməyib, maska tələbinə riayət etməliyik. Faktiki olaraq isə demək olar ki, maska tələbi ləğv olunub”.

Qeyd edək ki, Azərbaycan koronavirusla əlaqədar 2020-ci ilin mart ayında quru sərhədlərini bağlayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi