Modern.az

Sahibə Qafarova erməniləri susdurdu

Sahibə Qafarova erməniləri susdurdu

31 Mart 2022, 10:04

Milli Məclisin deputatı Vüqar Byaramov Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda Azərbaycan və Ermənistan parlament sədrlərinin çıxışlarına münasibət bildirib.

 

Deputat Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisinin xanım sədri gərgin keçən müzakirələrdə bir neçə dəfə söz alıb ölkəmizin mövqeyini əsaslandırılmış şəkildə təqdim edib.

 

Parlamentari deyib ki, hətta Ermənistan tərəfi bizim 5 bəndlik sülh təkliflərimizin onlar üçün də qəbul edilən olduğunu da bəyan edib:

 

"Bu əslində diplomatik uğur idi. Çünki bu Ermənistanın regionda yaranan yeni reallığı qəbul etməsi anlamına da gəlirdi. Eyni zamanda, Milli Məclisin sədri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətdiyi təxribatlar barədə məlumat verib və ölkəmizin haqq işini geniş auditoriyaya bir daha çatdırıb".

 

V.Bayramov təəssüflə qeyd edib ki, bəziləri gərgin müzakirlərədə bir neçə söz alıb erməni tərəfini susduran Milli Məclisinin sədrinə dəstək vermək əvəzinə bir texniki səhvə ünvanlanıb çıxışların əhəmiyyətini azaltmağa çalışıblar:

 

"Dünən də bu məsələ ilə bağlı mənə mediadan çoxlu suallar ünvanlandığı üçün sosial şəbəkə vasitəsi ilə bu məsələyə rəy bildirməyi vacib hesab etdim. Milli Məclis sədrinin çıxışında dəfələrlə Azərbaycan Respublikası sözündən istifadə edilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə texniki olaraq səhvən yer alıb və təəssüf ki, bəziləri bunu bilərəkdən qabartmağa çalışırlar.

 

Təbii ki, bütün bunlar həmin iclasda aparılan gərgin müzakirələrdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanmış mövqeyinin təqdimatı və Ermənistan tərəfinin ölkəmizin şərtləri razılaşdığını etiraf etməsi kimi diplomatiyada əhəmiyyətli hesab edilən uğurlara kölgə sala bilməz.

Qarabağda əldə etdiyimiz zəfərlərin diplomatik sahədə dəstəklənməsi çox vacibdir. Belə iclaslardakı əsaslandırılmış mövqelərimiz isə zərəfimizi daha da möhkəmləndirir".

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi