Modern.az

“İndi səhvi düzəltmək lazımdır” - ZELENSKİ

“İndi səhvi düzəltmək lazımdır” - ZELENSKİ

Dünya

31 Mart 2022, 12:26

Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliya parlamentində videoformatda çıxış edib.

 

Modern.az xəbər verir ki, Zelenski çıxışı zamanı Ukraynadakı son durumdan söz açıb. 


“Tez-tez deyirlər ki, cəzasız pislik qayıdır. Mən də əlavə edərdim: cəzasız şər, hər şeyə qadirlik hissi ilə sevinclə qayıdır. Dünya Rusiyanı 2014-cü ildə etdiklərinə görə cəzalandırsaydı, 2022-ci ildə Ukraynaya təcavüzün dəhşətlərindən heç biri olmayacaqdı. İndi səhvi düzəltmək lazımdır”, - Ukraynalı prezident bildirib.


Zelenski, həmçinin Rusiya hərbi qüvvələrinə qarşı mübarizədə verdiyi dəstəyə görə Avstraliyaya təşəkkür edib. 

 

“O cümlədən, enerji sektorumuzun ehtiyaclarına görə 70 min ton kömür üçün təşəkkür edirəm. Ancaq bu yalnız başlanğıcdır. Biz birlikdə bacarırıq və buna görə də daha çox iş görməliyik”, - deyə Ukrayna dövlətinin başçısı çıxışına əlavə edib.


Qeyd edək ki, parlamentdə Zelenskinin ardınca Avstraliya Baş naziri Skot Morrisonun çıxışı gözlənilir.

 

Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi