Modern.az

Yüzlərlə separatçı Rusiya ordusuna qoşulub

Yüzlərlə separatçı Rusiya ordusuna qoşulub

Dünya

31 Mart 2022, 15:14

Gürcüstanının separatçıların nəzarətində olan Cənubi Osetiya vilayətinin keçmiş lideri Eduard Kokoytı yüzlərlə döyüşçünün Ukraynada Rusiya qüvvələrinə qoşulduğunu bildirib.

 

Modern.az xəbər verir ki, Eduard Kokoytı bu barədə “Telegram” kanalında yazıb.

 

"Mən inanıram ki, artıq evə dönən oğlanlar lazım olsalar, xüsusi əməliyyat zonasına qayıdıb, Donbasın azad edilməsinə kömək edə bilələrlər".

 

Xatırladaq ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Gürcüstan müstəqillik qazanarkən, Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstandan ayrıldıqlarını elan edərək gürcü təhlükəsizlik gücləri ilə qarşıdurmaya girmişdilər. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Rusiya rəhbərliyi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığını bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi