Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin qərar layihəsi parlamentin aprelin 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Toponimiya Komissiyasının vəfat edən üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Komissiyanın üzvlərinin siyahısından çıxarılır.