Modern.az

Ukraynada 150-yə yaxın uşaq ÖLÜB

Ukraynada 150-yə yaxın uşaq ÖLÜB

Dünya

1 Aprel 2022, 00:30

Rusiyanın hücumu nəticəsində Ukraynada indiyədək 148 uşaq həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin tvitter hesabında məlumat yayılıb.

 

Nazirlik Rusiyanın Ukraynaya təxminən 1370 raket atdığını bildirib. Qeyd olunub ki, Ukraynanın 15 hava limanı məhv edilib.

 

Məlumatda, həmçinin 10 milyondan çox ukraynalının müharibə səbəbilə evlərini tərk etdiyi diqqətə çatdırılıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi